DÜNYA


Akkordeon ifaçısı morjlara konsert verdi

Akkordeon ifaçısı Alexander Bogdanov Novaya Zemlya arxipelaqına məxsus Oran adaları sahilində morjlara "Mənim mehriban və incə heyvanım" kinofilmindən "Yevgeniy Dogi" valsını ifa edib. Onlarla dəniz məməlisi akkordeon musiqisini dinləmək üçün gəminin ətrafına toplaşıb. Hətta musiqi kəsildikdən sonra morjlardan biri qayığı tərpədərək davamını "tələb edib".