Nyu-Yorkda Azərbaycan və Çili Xarici İşlər nazirlərinin görüşü olub
27.09.2019 [16:25]
Xəbərin mətni
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Çilinin Xarici İşlər naziri Teodor Ribera ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və siyasi dialoqun davamlı şəkildə aparılması məqsədilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.