Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransanın keçmiş prezidenti Jak Şirakın xatirəsinə Eyfelin işıqları söndürüldü

27.09.2019 [16:41]

Parisin əsas görməli yerlərindən olan Eyfel qülləsinin işıqları Fransanın keçmiş prezidenti Jak Şirakın xatirəsinə hörmət əlaməti olaraq söndürüldü. AZƏRTAC xəbər verir ki, Şirak Fransa prezidenti postunu 1995-ci ildən 2007-ci ilə qədər tutub. Sabiq dövlət başçısı 86 yaşında dünyasını dəyişib.