SİYASƏT


Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının 74-cü sessiyasında Ermənistan baş nazirinin cəfəng bəyanatlarına qətiyyətli cavab verib

Sentyabrın 26-da Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi siyasi debatlarında Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları ilə bağlı bəyanatlarına cavab olaraq bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, diplomatlardan ibarət auditoriyanın diqqətini Paşinyanın cəfəng bəyanatlarına cəlb edən Tofiq Musayev rəsmi Yerevanın öz mülahizələri və faktları təhrif etməsi ilə dünya ictimaiyyətini aldatmağa çalışdığını qeyd edib.