Goranboyda 5 istiqamət üzrə 40 kilometrlik avtomobil yolu yenidən qurulub
28.09.2019 [11:12]
Goranboy rayonunda 5 istiqamət üzrə - Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun, Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yolları və Qazanbulaq kəndinin giriş yolunun yenidən qurulması işləri yekunlaşdırılıb.