DÜNYA


Cənubi Koreyada yük gəmisi yanıb

Cənubi Koreyanın Ulsan şəhərindəki limanda yük gəmisinin yanması və yanğının digər gəmiyə keçməsi nəticəsində biri ağır olmaqla 9 dənizçi xəsarət alıb. AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Kayman adalarında neft məhsulları gətirən 25 min tonluq gəmi Ulsan limanına yan aldıqdan bir müddət sonra, yerli vaxtla saat 10:51-də yanğın baş verib. Ardından partlayış qeydə alınıb. Gəmidəki 25 dənizçini xilas etmək mümkün olub. Yanğın qısa vaxtda başqa yük gəmisinə keçib. Xoşbəxtlikdən həmin gəmidəki 21 nəfər heyət üzvünü də xilas etmək mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır