SİYASƏT


Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında bəyanatla çıxış edib

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, nazir dünyanın bu gün üzləşdiyi hədə və təhdidlərin beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün birgə səylərimizi tələb etdiyini söyləyib.