DÜNYA


Çin rəhbərliyi Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

Çin Xalq Respublikasının yaranmasının 70-ci ildönümü ilə əlaqədar ölkədə bayram tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 30-da Sədr Si Cinpin başda olmaqla ölkənin siyasi rəhbərliyi Tiananmen meydanındakı Xalq Qəhrəmanları Abidəsini ziyarət edib. Mərasimdə 4 minə yaxın insan, o cümlədən müharibə veteranları, Çin uğrunda döyüşlərdə həlak olanların doğmaları, müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunmuş şəxslər, tələbə və uşaqlar iştirak ediblər.