MƏDƏNİYYƏT


Azərbaycanlı modelyer Norveçdə “Mən Qarabağ ulduzuyam” adlı yeni kolleksiyasını təqdim edib

AZƏRTAC xəbər verir ki, VOC - Voyage of Creations xeyriyyə məqsədli moda nümayişi çərçivəsində təqdim olunan Şervin Nəcəfpurun yeni kolleksiyası, işğal altında olan Dağlıq Qarabağ haqqında yerli ictimaiyyəti məlumatlandırmaqla yanaşı, Azərbaycanı Norveçdə daha yaxşı tanıtmaq məqsədi daşıyıb.