İQTİSADİYYAT


Əsaslı təmir olunan Lənkəran-Lerik yolunda işlər yekunlaşır

Uzunluğu 55 kilometr olan respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir. Tez-tez sürüşmə və uçqunların baş verdiyi yolun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini təmin etmək məqsədilə təmir-tikinti işləri bu ilin sonuna kimi başa çatdırılacaq. İşlər Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun yenidən qurulur. Hərəkət zolaqlarının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metrdir. Yolun ümumi eni 12 metr təşkil edir.