DÜNYA


Çində ölkə tarixinin ən böyük hərbi paradı keçirilib

Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü münasibətilə oktyabrın 1-də Pekində hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin və dünyanın ən böyük meydanlarından biri hesab olunan Tiananmendə keçirilən parada Çin Silahlı Qüvvələrinin müxtəlif birləşmələrindən ümumilikdə 15 min hərbçi, habelə 160 təyyarə, 580 hərbi texnika cəlb olunub. Bu, Çin tarixində indiyədək milli gün münasibətilə keçirilmiş 14 hərbi paraddan, habelə İkinci Dünya müharibəsində Qələbənin 70 illiyi ilə bağlı təşkil olunmuş hərbi paraddan da böyükdür. Bu, həm də 2015-ci ildə Çin ordusunda islahatların başlanmasından sonra təşkil olunan ilk hərbi paraddır.