Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə mərasim keçirilib
01.10.2019 [19:40]
Xəbərin mətni
Çin Xalq Respublikasının (ÇXR) yaranmasının 70-ci ildönümü tədbirləri silsiləsindən oktyabrın 1-də axşam Pekindəki Tiananmen meydanında açıq havada qala mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, ÇXR-in rəhbər şəxslərinin da qatıldığı mərasimdə 60 min nəfər iştirak edib. Tədbirdə konsert proqramı, səs və işıq effektləri əsasında müxtəlif şoular təqdim olunub. Sonda atəşfəşanlıq olub.