Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvar narı Rusiyaya ixrac olunur

02.10.2019 [13:25]

Xəbərin mətni

Ölkəmizdə nar məhsullarının istehsalı ilə 15 müəssisə məşğul olur. Son illər dövlət səviyyəsində bu sahənin stimullaşdırılması üçün bir sıra addımlar atılıb. Narçılıq subsidiyalaşmaya cəlb edilib, nar istehsalı ilə məşğul olanlar vahid qurumda birləşib, hər il ölkəmizdə nar festivalı keçirilir. Nardan əldə edilən şirələr, mürəbbələr, tum və qabığından əczaçılıq sahəsində xam mal kimi istifadə olunması onun bazarını daha da genişləndirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI