Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəlzələ zamanı fiziki məhdudiyyətli yoldaşına kömək edən iki uşağın görüntüləri internetdə izləmə rekordu qırır

03.10.2019 [16:28]

Keçən həftə İstanbulda baş verən zəlzələdə məktəbdə evakuasiya zamanı fiziki məhdudiyyətli yoldaşına kömək edən iki uşağın görüntüləri müşahidə kameralarına düşüb. Onların bu hərəkəti sosial mediada yüksək qiymətləndirilib.