SİYASƏT


“Hərbi aşpaz hazırlığı kursu”nu bitirən məzunlara sertifikatlar təqdim edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün fəaliyyət planına əsasən, “Hərbi aşpaz hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirən məzunların buraxılışı mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki işçilərin iştirakı ilə keçirilən kursun əsas məqsədi birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində çalışan hərbi aşpazların nəzəri bilik və praktiki bacarıq səviyyələrini artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır