İQTİSADİYYAT


Yasamal rayonu ərazisindəki Zərgərpalan küçəsi təmir edilib

Paytaxtın Yasamal rayonu ərazisindəki Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri yekunlaşıb. Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədilə küçəboyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 poqonmetr yeni səki daşları düzülüb. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.