MƏDƏNİYYƏT


“Ayrılıq” mahnısının ifaçısı Yaqub Zurufçu: Bir görüş yaxşıdır yüz ayrılıqdan

Ayrılığın sonu yoxdur, - deyirlər. Amma bu, belədirmi? Bəs vüsalın sonu ayrılıq, ayrılığın sonu vüsal deyilmi?
“Ayrılıq” mahnısının ifaçısı Yaqub Zurufçu ilə görüşə gedəndə bu fikirlərlə baş-başa qalmışdım. Onunla heç də uzaqlarda deyil, doğma Bakıda görüşdük. İfaçı on illik fasilədən sonra yeni konsert proqramı ilə paytaxtımıza gəlib. O, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ciddi məşq edir.