Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kənd Təsərrüfatı naziri Fransanın Yeni Akiten regionunun vitse-prezidenti və Bordo şəhərinin meri ilə görüşüb

04.10.2019 [12:29]

Xəbərin mətni

Fransada səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Bordo şəhərinin meri Nikola Florian və Yeni-Akiten regionunun vitse-prezidenti Jan-Pyer Reno ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir İnam Kərimov görüşlərdə kənd təsərrüfatı sahəsində ölkəmizdə aparılan islahatlardan söz açıb, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına, kənd təsərrüfatı, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Həmçinin iki ölkə arasında bu sahədə mövcud əməkdaşlıqdan danışıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI