DÜNYA


Ukraynada təyyarənin qəza enişi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb

An-12 tipli yük təyyarəsinin Lvov yaxınlığında beynəlxalq aeroportun uçuş-eniş zolağından 1,5 kilometr məsafədə qəza enişi etməsi nəticəsində həlak olanların sayı beş nəfərə çatıb. Qəza nəticəsində xəsarət alan üç nəfər təcili olaraq xəstəxanalara çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.