DÜNYA


Çin Yerin məsafədən mikrodalğalı zondlama peykini kosmosa buraxıb

Oktyabrın 4-də, Bakı vaxtı ilə saat 22:51-də Çin Yerin məsafədən mikrodalğalı və yüksək keyfiyyətli görüntü ilə zondlanması üzrə “Gaofen-10” peykini kosmosa buraxıb. Peykin “Long March 4S” raketdaşıyıcısı ilə kosmik fəzaya göndərilməsi ölkənin şimalında yerləşən Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib. Peykin üzərində yerləşdirilmiş optik cihaz yüksək keyfiyyətli fotoşəkillər çəkməyə imkan verir.