SİYASƏT


Azərbaycanlı deputat AŞPA-da Ermənistan rəhbərliyinin reallıqdan uzaqlaşaraq illüziyalar aləminə qapıldığını bəyan edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında son plenar iclas ənənəvi olaraq sərbəst müzakirələrə həsr edilmişdi. Deputatlar sessiyanın gündəliyində olmayan, aktual hesab etdikləri məsələlərlə bağlı fikirlərini ifadə etdilər. Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmiz üçün birinci dərəcəli önəm kəsb edən Ermənistanın Azərbaycana qarşı təcavüzündən, bu işğalın acı nəticələrindən, hazırda danışıqlar prosesinə yaradılan əngəllərdən söz açıb.