İQTİSADİYYAT


Nəsimi rayonu ərazisindəki Asif Məhərrəmov küçəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda A.Məhərrəmov küçəsinin uzunluğu 1,1 kilometr, eni isə ortalama 20 metr təşkil edir. Vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kvadratmetr mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.