Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kapitoli Birləşmiş Ştatlarda birliyin rəmzi kimi

08.10.2019 [23:41]

Xəbərin mətni

Vaşinqtonda Kapitoli təpəsi adlandırılan yerdə ABŞ Konqresinin yerləşdiyi bina - dünya şöhrətli Kapitoli ucalır. ABŞ-ın daxili siyasətinə, eləcə də digər ölkələrlə münasibətlərinə dair çox ciddi məsələlər məhz burada həll edilir. Konqresin hər iki palatasının qanunvericilərinin irəli sürdükləri, müzakirə və qəbul etdikləri qanun layihələri amerikalıların gündəlik həyatına birbaşa və dolayı təsir göstərir.
Binanın təməli hələ ölkənin birinci prezidenti Corc Vaşinqton dövründə - 1793-cü il sentyabrın 18-də qoyulub. Binanın arxitekturası, eləcə də Kapitolinin içərisinin dizaynı tikinti zamanı arxitektorlar tərəfindən bir neçə dəfə dəyişdirilib.