Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib
10.10.2019 [18:33]
Xəbərin mətni
İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla bağlı oktyabrın 10-da Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.