DÜNYA


“Sülh çeşməsi” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının daha 49 silahlısı məhv edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bununla da əməliyyat başlayan gündən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 277-yə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır