DÜNYA


Vaşinqtonda ABŞ ilə Çin arasında ticarət danışıqlarının yeni raundu başlanıb

Vaşinqtonda ABŞ Administrasiyası ilə Çinin yüksəkvəzifəli şəxsləri arasında ticarət danışıqlarının yeni raundu başlanıb. ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin və ABŞ Prezidentinin beynəlxalq ticarət danışıqlarında nümayəndəsi Robert Laythizer Çinin Baş Nazirinin müavini Lyu He və onun komandası ilə danışıqlarda ABŞ nümayəndə heyətinə başçılıq edir.