SİYASƏT


Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün geniş müşavirə keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən Mərkəzi Seçki Komissiyası (MSK) cari ildə ilk maarifləndirmə layihəsinə start verib.
Aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılmasına, onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənməklə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin birinci mərhələsi çərçivəsində oktyabrın 11-də MSK-da ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının sədrləri üçün geniş müşavirə keçirilib.