Nadir berqut quşunun təlimindən REPORTAJ
12.10.2019 [12:24]
Xəbərin mətni
Qədim zamanlardan cəsarət və mərdlik rəmzi olan berqutun Qazaxıstan bayrağında da rəsmi əks olunub. Berqutçu Setbek Kurtuğanulı AZƏRTAC-a müsahibəsində bildirib ki, bu sənəti ata-babaların mirası olaraq davam etdirir və Qazaxıstanda 100-dən artıq adam berkutçuluqla məşğul olur. Təlimçi əsasən berquta Qazaxıstanın şimalında, Altayda, Üstyurtda, Qızılqumda və ölkənin cənub və cənub-şərqindəki dağlarda rast gəlindiyini söyləyib.
Setbek Kurtığanulı berqutun digər quşlardan fərqli olaraq rəng ayırd etmə qabiliyyətinə malik olduğunu söyləyib.