İQTİSADİYYAT


Ankarada Azərbaycanla Türkiyənin Gömrük Məsələləri üzrə Birgə Komitəsinin üçüncü iclası keçirilib

Oktyabrın 11-də Ankarada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin üçüncü iclası keçirilib. DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Türkiyənin Ticarət nazirinin müavini Qonca Yılmaz Baturun rəhbərliyi ilə nümayəndə heyətlərinin iştirak etdiyi tədbirdə iki qardaş ölkənin gömrük orqanları arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.