DÜNYA


Çində yeməkxanada baş verən partlayışda ölənlərin sayı 9-a çatıb

Çinin Ciansu vilayətinin Usi şəhərində yeməkxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, oktyabrın 13-də səhər vaxtı baş verən partlayışda ilkin olaraq 6 nəfərin öldüyü təsdiqlənmişdi. Təxminən 6 saatlıq axtarış işlərinin gedişində daha 3 nəfərin cəsədi tapılıb. Xəstəxanada müalicə alan yaralıların sayı isə 10-dur.