Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb
16.10.2019 [22:34]
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.