SİYASƏT


Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib

Yüz milyon tirajla yayılan, dünyanın ingilisdilli ən məşhur qəzetlərindən biri olan "China Daily" Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun "Siyasətdə varislik: Azərbaycanın taleyini və simasını dəyişən 26 il" sərlövhəli analitik məqaləsini dərc edib.
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycanda xaos və anarxiyanın, dərin siyasi-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının, qeyri-sabitlik və ümidsizliyin müşahidə olunduğu bir vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ötən 26 ildə Azərbaycanın keçdiyi inkişaf yolu təhlil edilir.