İQTİSADİYYAT


Heydər Əliyev adına yarımdalma qazma qurğusu qazdığı ilk quyuda yüksək nəticələr əldə edib

Prezident İlham Əliyevin göstərişi ilə 2013-cü ildə inşasına başlanılmış və dövlətimizin başçısının iştirakı ilə rəsmi açılış mərasimi ilə Xəzər dənizində əməliyyatlara yola salınmış Heydər Əliyev 6-cı nəsil yarımdalma qazma qurğusu “Kaspian Drilinq Kompani” şirkətinin idarəçiliyi ilə ötən ilin əvvəlindən qazma işlərini apardığı “Abşeron” yatağının “ABD-001” quyusunda qazma əməliyyatlarını müvəffəqiyyətlə başa vurub. Hazırda quyudakı rezervlərin qiymətləndirilməsi üzrə sınaq işləri yekunlaşır.