DÜNYA


Sərnişinlər metroda qadını ölümdən xilas etdilər

Argentinanın Buenos-ayres şəhərində metroda bir nəfər qəflətən yıxılır və platforma kənarında dayanan qadına dəyir. Zərbədən qadın relslərin üzərinə düşərək huşunu itirir. Qatarın platformaya yaxnlaşdığını görən sərnişinlər hamılıqla sürücüyə işarə edərək qatarı saxlatdıra bilirlər. Qatar qadının iki metrliyində dayanır.