DÜNYA


Krasnoyarsk diyarında bəndin çökməsi nəticəsində 13 nəfər ölüb

Krasnoyarskın Kuraginsk rayonundakı qızıl hasilatı artelində Seyba çayı üzərindəki texniki su hövzəsində qəzaya səbəb bəndin istismar vaxtının ötməsi və dağılması olub. Hadisə nəticəsində 13 nəfər ölüb, 44 nəfər yaralanıb, 15 şəxs itkin düşmüş sayılır. İstintaq qrupunun ehtimalına görə, yaxınlıqdakı fəhlə qəsəbəsində su basmış yataqxanalarda 80-ə yaxın adam olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır