İQTİSADİYYAT


Builki yubiley “BakuBuild” sərgisində 280 şirkət iştirak edəcək

Bu barədə oktyabrın 21-də XXV “BakuBuild” və XII Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm” sərgilərinin açılışına həsr olunan mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin rəhbəri Edvard Stron deyib.
O bildirib, “BakuBuild” öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 280 şirkəti bir araya gətirəcək: “Sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir. Rusiya isə özü sərgidə debüt edəcək”.