SİYASƏT


“Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev çıxışında Ermənistanda faşizmin, nasizmin, terrorizmin qəhrəmanlaşdırılmasının artıq bir siyasi mədəniyyətə çevrildiyini deyib. Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir.