SİYASƏT


Azərbaycanın Müdafiə naziri Pekində Syanşan forumunda iştirak edir

Çinin paytaxtı Pekində 9-cu Syanşan təhlükəsizlik dialoqu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin, Hərbi Elmlər Assosiasiyasının və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın 23 dövləti Müdafiə naziri, 17 ölkə nazir müavini səviyyəsində təmsil olunub. Ümumilikdə 1300 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər tədbirə qatılıblar.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.