DÜNYA


İngiltərədə bir yük maşınında 39 insan cəsədi çıxıb

Böyük Britaniyada qorxunc cinayət baş verib.
AZƏRTAC xəbər verir ki, Londonun Essex bölgəsindəki bir yük maşınında 39 cəsəd tapılıb.
Hadisə haqqında İngiltərə polisi məlumat yayıb. Yük maşınının 25 yaşlı şimali irlandiyalı sürücüsü saxlanılıb. Polis Bolqarıstandan gəldiyi təsbit edilən maşını sənaye məhəllələrinin birində aşkar edib.
Cəsədlər tibbi ekspertizaya göndərilib. Polis onlardan birinin azyaşlı olduğunu açıqlayıb.