Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin C919 sərnişin təyyarəsinin daha bir uçuş sınağı keçirilib

24.10.2019 [18:21]

Xəbərin mətni

Şanxay şəhərindəki Pudon beynəlxalq hava limanından göyə qalxan təyyarə bir saat 37 dəqiqəlik sınaq uçuşundan sonra hava limanına uğurlu eniş edib. Sınaq uçuşu zamanı təyyarənin xüsusi hava şəraitinə, o cümlədən aşağı və yüksək temperatura dözümlülüyü, hava gəmisinin elektrik təchizatı, ətraf mühitə nəzarət sistemi yoxlanılıb.