Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib
25.10.2019 [13:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə elan edilib.
Beləliklə, Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.