DÜNYA


Britaniya polisi 39 nəfərin ölümündə şübhəli bilinən iki nəfəri saxlayıb

Britaniya polisi oktyabrın 23-də Esseks qraflığında yük maşınında cəsədləri aşkarlanan 39 nəfərin ölümü ilə bağlı cinayətdə şübhəli bilinən daha iki nəfəri saxlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, saxlanılan qadın və kişinin hər ikisi 38 yaşındadır. Bundan öncə həmin cinayət işi ilə bağlı yük avtomobilinin sürücüsü Şimali İrlandiyanın 25 yaşlı sakini saxlanılmışdı.