SİYASƏT


Mövlud Çavuşoğlu: PKK daxilində erməni mənşəli terrorçular tutmuşuq

Biz PKK daxilində erməni mənşəli terrorçular da tutmuşuq. Erməni terrorçular əvvəllər də çox sayda diplomatımızı və dövlət xadimlərimizi qətlə yetiriblər. Ona görə də harada terror varsa, orada erməniləri görürük.

Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda etdiyi açıqlama səsləndirib. Nazir diqqətə çatdırıb ki, son vaxtlar Ermənistan rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyətsiz açıqlamaları Türkiyə tərəfini rahatsız edir. Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə indiyədək olduğu kimi, bundan sonra da Azərbaycanı haqq işində müdafiə edəcəyik.