CƏMİYYƏT


70 yaşlı gəlin, 80 yaşlı oğul, 105 yaşlı ana – Ağsudan REPORTAJ

Ölkəmizdə uzunömürlü ailələrə daha çox cənub bölgəsində rast gəlinirsə, indi söhbət açacağımız ailə Ağsu rayonunda yaşayır. Bu ailədə gəlinin 70, oğulun 80, ananın 105 yaşı var.
AZƏRTAC xəbər verir ki, 1915-ci ildə Ağsu rayonunun Abasxanlı kəndində doğulan Sadatbəyim Mehdiyeva bölgənin ən uzun ömürlü sakinlərindən biridir. Ömrünü zəhmətkeş əməkçi kimi keçirən Sadatbəyim nənə deyir ki, sağlam və çox yaşamaq insanın özündən, onun yaşam tərzindən asılıdır. Nənənin sözlərinə görə, yaşadığı illər ərzində xeyli çətinliklərə sinə gərib, müharibələr görüb, ailə qurub, övlad, nəvə-nəticə sahibi olub.