SİYASƏT


AZƏRTAC və Kubanın Prensa Latina agentliyi əməkdaşlıq memorandumu imzalayıb

AZƏRTAC və Kubanın Prensa Latina agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Prensa Latina xəbər agentliyinin baş redaktoru Orlando Oramos Leon imzalayıblar. Memorandum iki agentlik arasında informasiya və təcrübə mübadiləsini nəzərdə tutur. Agentliklər gündəlik olaraq Azərbaycan və Kubadan xəbərlərin ingilis və ispan dillərində qarşılıqlı yayılmasını həyata keçirəcəklər.