SİYASƏT


Kristian Faythinger: Əminəm ki, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi bir irs qoyacaq

Oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu uğurlu nəticə ilə bağlı, Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger AZƏRTAC-ın Vaşinqton bürosuna xüsusi müsahibə verib.