CƏMİYYƏT


Paytaxtdakı Gülbala Əliyev küçəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq, yolun asfaltlanması işləri aparılıb, vətəndaşların yol kənarı ilə normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə 1,8 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilib, küçəni işıqlandırmaq üçün yeni işıqlandırma sistemi qurulub.