DÜNYA


Nazir tribunadan yıxıldı - Almaniyada

Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier konfransdakı çıxışından sonra 2 metr yüksəklikdə olan tribunadan yıxılıb. AZƏRTAC Almaniya KİV-lərinə istinadən xəbər verir ki, hadisə Dortmundda keçirilən rəqəmsal sammitdə baş verib. Salondakı həkimlərdən biri almaniyalı nazirə ilk müdaxiləni etdikdən sonra Peter Altmaier xəstəxanaya yerləşdirilib. 61 yaşlı nazirin çoxlu sayda sümük sınıqlarının olduğu bildirilir.