Kamerunda torpaq sürüşməsi nəticəsində 42 nəfər həlak olub
30.10.2019 [11:53]
#CameroonWestregion At least more than 40 persons are feared dead in a landslide which occurred in a small locality in Bafoussam 3 subdivision on Monday night. pic.twitter.com/C2YiZ9Wi3q
— Cameroon News Agency (CNA) (@CMRNewsAgency) October 29, 2019
Kamerunun Qərb regionunda torpaq sürüşməsi nəticəsində azı 42 nəfər həlak olub. AZƏRTAC xəbər verir ki, CRTV dövlət teleradio kompaniyasının yaydığı məlumata görə, leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri regionun administrativ mərkəzi - Bafusam şəhərindəki məhəllələrin birində baş verib. Ölənlər arasında 10 qadın və 26 uşaq var. Bir ailənin 8 üzvü torpaq altında qalıb.