CƏMİYYƏT


Hava yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti təşkil edəcək.